Şenol Günəş: “AVRO-2020-də Azərbaycan və Türkiyəni təmsil edəcəyik”

Şenol Günəş: “AVRO-2020-də Azərbaycan və Türkiyəni təmsil edəcəyik”
# 04 dekabr 2019 14:47 (UTC +04:00)

“Oyunların Bakıda keçirilməsi ilə bağlı onu deyim ki, onsuz da onlarla çox yaxınıq”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.

Bu gün mətbuat konfransı keçirən mütəxəssis AVRO-2020 barədə danışıb. O, oyunları Roma və Bakıda keçirilən A qrupunda çıxış etmələrinə münasibət bildirib. Ş.Günəş Azərbaycanla bağlılığa da toxunub: “AVRO-2020-də Azərbaycan və Türkiyəni təmsil edəcəyik. Bakıda iki çətin oyun var. İtaliya ilə isə ayrı bir matçdır. Həmin oyunda uda, uduza bilərik. Dİgər iki görüşdə hər şey dəyişə bilər”.

Qeyd edək ki, A qrupunda Türkiyə və İtaliya ilə yanaşı, Uels və İsveçrə milliləri yer alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR