Bakı və Gəncədə oğurluq edən şəxslər tutulub

Bakı və Gəncədə oğurluq edən şəxslər tutulub
# 12 iyul 2017 13:02 (UTC +04:00)

Bakı və Gəncə şəhərlərində oğurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oğurluq etdiyi üçün saxlanılan Gülnarə Novruzova ilə bağlı Xətai rayon 34-cü PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun aprelin 25-dən iyunun 29-dək olan müddətdə 2 qadının çantalarından 2500 manat pul oğurladığı da müəyyən edilib.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə iyulun 10-da Gəncə şəhəri ərazisində "VAZ-2103" markalı avtomobildən 1500 manat pul oğurlamaqda şübhəli bilinən 3 azyaşlı saxlanılıb.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 11-də Gəncə şəhər sakini olan bir qadının çantasından 50 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Telman Mirzəyev tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR