Oğuz rayonunda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Oğuz rayonunda avtomobil ağaca çırpılıb, sürücü ölüb
# 27 iyul 2015 09:31 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov-APA. Azərbaycanın Oğuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Dəymədərə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki şəhər sakini, 1976-cı il təvəllüdlü, Elşən Nəsib oğlu Mustafayev idarə etdiyi “VAZ 21074” markalı avtomobillə Şəki rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb.

Nəticəsində ağır bədən xəsarəti alan Elşən Mustafayev Oğuz Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıb.

RMX-dan APA-ya verilən məlumata görə, Elşən Mustafayev xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR