DSX rəisi sərhəd pozucuları ilə atışmada yaralanan sərhədçini medalla təltif edib

DSX rəisi sərhəd pozucuları ilə atışmada yaralanan sərhədçini medalla təltif edib
# 18 iyul 2018 11:39 (UTC +04:00)

İyunun 21-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucuları ilə atışmada yaralanan baş çavuş Kurupov Ramazan Məmməd oğlu medalla təltif olunub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, DSX rəisi, general-polkovnik Elçin Quliyev baş çavuş R.Kurupovla görüşüb və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim edib.

Görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə al¬tına qoyaraq dövlət sərhədinin pozulmasına imkan vermədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib və onun şücaətinin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.

Qeyd edək ki, Ramazan Kurupov çoxsaylı güllə yaraları alıb və təcili əməliyyat olunaraq həyatı xilas edilib.

Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının həkimlərinin ciddi səyləri və peşəkarlığı nəticəsində baş çavuş R.Kurupovun sağlamlığı qısa müddət ərzində bərpa edilib. Hazırda onun tibbi reabilitasiya prosedurlarına cəlb edilməsi planlaşdırılır. Müalicə tədbirləri yekunlaşdıqdan sonra baş çavuş R. Kurupovun Silahlı Qüvvələrin ehtiyatına buraxılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR