Əl-Aqsa məscidi ilə bağlı İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib

Əl-Aqsa məscidi ilə bağlı İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib
# 01 avqust 2017 16:44 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatının sədri statusunda Türkiyə Respublikasının çağırışı və ev sahibliyi ilə Qüdsdəki Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələri müzakirə etmək üçün bu gün İstanbul şəhərində İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikasını xüsusi tapşırıqlar üzrə səfir Şahin Abdullayev təmsil edib. İclasda çıxış edən səfir Şahin Abdullayev Qüds məsələsi və Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini səsləndirib və tədbirin təşkilinə görə Türkiyə Respublikasına təşəkkürünü ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR