Ölkə ərazisində hava şəraiti nisbətən mülayimləşəcək

Ölkə ərazisində hava şəraiti nisbətən mülayimləşəcək
# 08 iyun 2015 08:56 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyevin sözlərinə görə, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin yaranmasına atmosfer təzyiqinin tərəddüdləri səbəb olub: “Atmosfer təzyiqin qalxıb-enməsi səbəbindən güclü külək əmələ gəlib”.

A.Verdiyev əlavə edib ki, bu gün və sabah ölkə ərazisində hava şəraitinin nisbətən mülayimləşəcəyi gözlənilir: “Hava şəraiti bu gün və sabah nisbətən mülayimləşəcək. Artıq ötən gün müşahidə olunan güclü külək gözlənilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR