“Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsinin hazırlıqlarına start verib

“Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsinin hazırlıqlarına start verib
# 13 iyul 2015 08:00 (UTC +04:00)

Bakı – APA. “Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Serbiyanın “Çukariçki” klubu ilə səfərdəki ilk oyunun hazırlığına Qəbələdə başlayıb.

I təsnifat mərhələsinin “Dinamo” (Tiflis) ilə cavab oyunundan (2:0) sonra iki günlük istirahətə buraxılan futbolçular iyulun 12-də axşam məşqində bir araya gəlib.

Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca topla çalışıb.

Məşqdə komandanın bütün futbolçuları iştirak edib. “Qırmızı-qaralar” növbəti məşqini bu gün keçirəcək.

Xatırladaq ki, “Çukariçki” – “Qəbələ” oyunu iyulun 16-də Çukaritsada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR