Mayk Pens: “Rusiyanın cəhdləri qarşısında Monteneqronun qətiyyətinə heyranıq”

Mayk Pens: “Rusiyanın cəhdləri qarşısında Monteneqronun qətiyyətinə heyranıq”
# 02 avqust 2017 08:24 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Avropa turnesi çərçivəsində Monteneqroya səfər edib.

APA-nın xəbərinə görə, M. Pens Podqoritsada ABŞ-Monteneqro ikitərəfli əməkdaşlığı, o cümlədən NATO çərçivəsində əməkdaşlıq məsələlərinə dair müzakirə aparıb. Ağ Evdən bildirilib ki, vitse-prezident Monteneqroya ABŞ-ın dəstəyini ifadə edib: “Vitse-prezident bizim NATO üzrə ən yeni müttəfiqimiz olan Monteneqroya dəyişməz dəstəyimizi, eləcə də Rusiyanın onu avroatlantik yoldan döndərmək cəhdləri qarşısında Monteneqronun qətiyyətindən heyranlıq duyduğunu ifadə edib”.

M. Pens Monteneqro prezidenti Filip Vuyanoviç və baş nazir Duşko Markoviçlə görüşüb. Bu gün o, Qərbi Balkan ölkələri liderlərinin iştirakı ilə Adriatik Xartiyası ölkələrinin sammitinə qatılacaq.

Xatırladaq ki, iyun ayının əvvəlində Monteneqro NATO-nun 29-cu üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR