Mərkəzi Bank: I rübdə Azərbaycanın xarici ticarət dövriyyəsi 20%-ə yaxın azalıb

Mərkəzi Bank: I rübdə Azərbaycanın xarici ticarət dövriyyəsi 20%-ə yaxın azalıb
# 14 may 2015 13:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin I rübündə Azərbaycanın xarici ticarət dövriyyəsi 5,8 mlrd. ABŞ dolları və ya 18,6% azalıb.

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının pul siyasəti departamentinin direktoru Azər Ələsgərov deyib.

Onun sözlərinə görə, ixrac 37,1% azalıb. Hesabat dövründə xam neft ixracı 42,4%, neft məhsulları 28,6%, təbii qaz 69,1: azalıb. Bu müddətdə idxal 37,7% artıb.

Son 1 ildə ixrac qiymətləri 52,1% (qeyri-neft ixrac qiymətləri 10,1%) azalıb, idxal qiymətləri 0,8% artıb.

“Ötən ilin I rübündə xarici ticarət profisiti 3,6 mlrd. ABŞ dolları olubsa, bu ilin eyni dövründə 1 mlrd. ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR