Bakıda "Land Rover" markalı avtomobil yanıb

Bakıda "Land Rover" markalı avtomobil yanıb
# 15 noyabr 2014 20:27 (UTC +04:00)

Bakı-APA. Bakıda bu gün axşam saatlarında yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus "Land Rover" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR