Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kollektivin ümumi iclası keçirilib - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kollektivin ümumi iclası keçirilib - <span style="color: red;">FOTO
# 24 iyul 2014 10:48 (UTC +04:00)

Bakı – APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) kollektivinin ümumi iclası keçirilib. İclasda Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı, mərkəzi aparatının işçiləri, habelə bölgə şöbə müdirləri iştirak ediblər.

DQİDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Qurbanlı çıxış edərək bundan sonra Komitənin qarşısında duran vəzifələr barədə məlumat verib.

Bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri strategiyası ölkədə yaşayan müxtəlif dini inanclara sahib vətəndaşlar arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi habelə vətəndaşlarda, xüsusən də dindarlarda dövlətə inamın və dövlətçiliyə dəstəyin formalaşdırılmasına xidmət edir.

Tədbirdə prezident İ. Əliyev tərəfindən təltif edilmiş DQİDK-nın Qarabağ bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfova Dövlət Komitəsinin sədri tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.

Sonda bir sıra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR