Alim Qasımov Meksika və Vyanada konsert proqramları ilə çıxış edəcək

Alim Qasımov Meksika və Vyanada konsert proqramları ilə çıxış edəcək
# 23 sentyabr 2014 12:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Xalq artisti Alim Qasımov Meksika və Vyanada konsert proqramları ilə çıxış edəcək. A. Qasımovun mətbuat katibi Səadət Möhübovanın APA-ya verdiyi məlumata görə, muğam ifaçısı oktyabrın 15-də Meksikaya yola düşəcək: “Meksikada dörd günlük konsert proqramı nəzərdə tutulub. Oktyabrın 19-dan 26-dək Alim Qasımovun ifasında müxtəlif məkanlarda Azərbaycan muğamları və xalq mahnıları səslənəcək”.

Mətbuat katibi əlavə edib ki, A. Qasımovun Vyanada keçiriləcək konserti isə oktyabrın 29-u və 30-da baş tutacaq. Vyana konsertində sənətçi qızı, əməkdar artist Fərqanə Qasımova ilə birgə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR