Azərbaycanda fəaliyyət göstərən turizm agentliklərinin reyestri yaradılacaq

Azərbaycanda fəaliyyət göstərən turizm agentliklərinin reyestri yaradılacaq
# 27 iyun 2019 10:56 (UTC +04:00)

Bu ilin sonunadək Azərbaycanda fəaliyyət göstərən turizm agentliklərinin reyestri yaradılacaq.

"APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, reyestrdə bütün turizm agentlikləri, hotellər və ümumiyyətlə bu sahəyə aid olan hər bir təşkilat daxil olunacaq.

"Hazırda Azərbaycanda təqribən 3 minə yaxın turizm agentliyi fəaliyyət göstərir və burada sistemləşməyə zərurət yaranır. Reyestrin hazırlanmasında sözügedən sahədə fəaliyyət göstərən ictimai qurum – Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bizə yardım edəcək", - deyə F. Nağıyev qeyd edib.

Agentliyin sədri həmçinin əlavə edib ki, Assosiasiya tərəfindən Agentliyin qarşısında artıq müxtəlif məsələlər qaldırıb.

"Bunların sırasında qanunvericiliyə, normativ aktlara müvafiq dəyişikliklər edilməsi, eləcə də vergi, viza kimi məsələlərə dair bir sıra təşəbbüslər var. Bununla bağlı biz öz növbəmizdə müxtəlif dövlət qurumlarına müraciətlər edəcəyik ki, lazımi dəyişikliklər olunsun", - deyə F. Nağıyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR