Qurban bayramı münasibəti ilə cəzaçəkmə müəssisələrində tədbir keçirilib

Qurban bayramı münasibəti ilə cəzaçəkmə müəssisələrində tədbir keçirilib
# 25 sentyabr 2015 07:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Şəki Penitensiar müəssisəsində, İxtisaslaşdırılmış müalicə müəssisəsində, Bakı İstintaq təcridxanasında, Tərbiyə müəssisəsində, cəzaçəkmə müəssisələrində Qurban Bayramı münasibəti ilə tədbirlər keçirilib.


Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müəssisələrdə müxtəlif idman növləri üzrə yarışlar, incəsənət ustalarının iştirakı ilə konsert proqramları və bayram süfrələri təşkil olunub.


Penitensiar xidmətin Baş idarəsinin məsul əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri bayram tədbirlərində iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR