Netanyahu: "Türkiyə ilə razılaşmadan sonra da Qəzzanın dəniz blokadası davam edəcək"

Netanyahu: "Türkiyə ilə razılaşmadan sonra da Qəzzanın dəniz blokadası davam edəcək"
# 27 iyun 2016 12:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması Yaxın Şərqdə stabilləşməyə yardım edəcək.

APA-nın məlumatına görə, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu razılaşma ilə bağlı Romada keçirdiyi mətbuat açıqlamasında deyib.

O bildirib ki, razılaşma Qəzzaya humanitar yardımların edilməsini nəzərdə tutur və bu, İsrailin marağındadır. Humanitar yardımların Aşdod limanından Fələstinə göndəriləcəyini deyən baş nazir qeyd edib ki, Türkiyə ilə razılaşmadan sonra da Qəzzaya tətbiq olunan dəniz blokadası davam edəcək.

B. Netanyahu əlavə edib ki, razılaşma Türkiyə ərazisindən İsrailə qarşı ola biləcək istənilən terror fəaliyyətinin qarşısını alacaq. "Bundan başqa, İsrail qazının Türkiyədən keçməklə, Avropa nəqli də razılaşmada əksini tapıb", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR