DSMF-nin sağlamlıq mərkəzinə qarşı məhkəmə iddiası təmin edilib

DSMF-nin sağlamlıq mərkəzinə qarşı məhkəmə iddiası təmin edilib
# 21 may 2016 10:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş Departamentinin “Naftalan Sağlamlıq Mərkəzi” MMC-yə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə departamentin borcun tutulmasına dair iddia ərizəsini təmin edib.

Həmin qərarla razılaşmayan mərkəz isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmədə şikayətə baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR