Dünya fond birjalarında əsas indekslər bahalaşıb

Dünya fond birjalarında əsas indekslər bahalaşıb
# 27 iyul 2016 07:15 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,10% - 18 473,75 bəndədək azalıb, S&P 500 0,03% - 2 169,18 bəndədək, NASDAQ 0,24% - 5 110,05 bəndədək artıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,21% - 6 724,03 bəndədək, Almaniya DAX-ı 0,49% - 10 247,76 bəndədək, Fransa CAC-40-ı 0,15% - 4 394,77 bəndədək bahalaşıb.


COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 0,90 dollar azalaraq 1 319,90 dollara, gümüş isə 0,04 dollar azalaraq 19,64 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR