Azərbaycanın fəxri professoru: “Müasir texnologiyalara, tədqiqatlara müstəqillik verilməlidir”

Azərbaycanın fəxri professoru: “Müasir texnologiyalara, tədqiqatlara müstəqillik verilməlidir”
# 30 sentyabr 2016 16:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” mövzusunda dəyirmi masa günortadan sonra davam edib.

APA-nın xəbərinə görə, dəyirmi masa İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərəfindən üç sessiyada - “Müasir tibb elminin çağırışları və tibb təhsilinin problemləri”, “Molekulyar biologiya, biofizika və biotexnologiyanın müasir dövrdə innovasiya və etik problemləri” və “Müasir tibbin aktual məsələləri üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi problemləri” mövzularında təşkil olunub.

Tədbirin davamında Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzinin professoru Arun Banu, Kimya üzrə Nobel mükafatı laureatı Aaron Çexanover, amerikalı professor Finkel Madelon Lubin, Texas Universitetinin Qlobal akademik proqramlar üzrə layihə rəhbəri Frensis Karen Virciniya, “Operations CİSPRA Helath Sciencs”in icraçı direktoru Arsen Kubatayev məruzələrlə çıxış ediblər.

Azərbaycanın fəxri professoru, Səhiyyə Nazirliyinin Kardiologiya üzrə Milli Tədqiqat İnstitutunun keçmiş rəhbəri Yevgeni Qelfqat bildirib ki, bütün sahələrdə olduğu kimi tibb elmində də beynəlxalq əməkdaşlıq çox önəmlidir. Onun sözlərinə görə, bunun nəticəsində bütün insanlar arasında səhiyyənin səviyyəsini qaldırmaq mümkün olar: “Diaqnostika, xəstəliklərin müalicəsində sığorta şirkətlərinin rolu, onların maliyyə imkanları vacibdir. Müasir tibb dünyası tamamilə yeni məfhuma malikdir. Yeni effektiv modellərin qəbul edilməsi, fərdiləşmiş tibb xidmətinin əsas kökü hazırlıqlı peşə sahiblərinin, tibb personalının olması ilə bağlıdır. Müasir texnologiyalara, tədqiqatlara tamamilə müstəqillik verilməlidir. Tibdə təhsil də tələb edir ki, konkret təhlillərlə nəticələrə nail olunsun”.

Dəyirmi masa bununla da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR