AZAL Rusiyadan 10 ədəd “МS-21” sərnişin təyyarəsi alacaq

AZAL Rusiyadan 10 ədəd “МS-21” sərnişin təyyarəsi alacaq
# 08 iyun 2016 07:40 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rusiyanın lizinq şirkəti “İlyuşin finans” ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) arasında 10 ədəd “МS-21” təyyarələrinin alışı ilə bağlı memorandum imzalanıb.

APA-Economics”in “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, müqaviləni Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin və Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Bundan başqa, müqaviləni “İlyuşin Finans Ko” MMC-nin baş direktoru Aleksandr Rubçov və AZAL prezidenti Cahangir Əsgərov imzalayıb.

“Müqavilənin müddəti 28 fevral 2017-ci ilə kimidir və düşünürəm ki, bu zamana qədər müqavilənin bütün detallarını müzakirə etməliyik”, - deyə C.Əsgərov bildirib.

AZAL prezidenti əlavə edib ki, təyyarələrin hansı qiymətə alınması, nə cür güzəştlər etmək mümkündür və s. detallar dəqiqləşdirilməlidir.

“Biz Bakıda təlim mərkəzinin açmağı da istisna etmirik”, - deyə A.Rubçov qeyd edib.

Qeyd edək ki, hal-hazırda “МS-21” sərnişin təyyarəsi “İrkut” şirkətində yığılır. Təyyarələr 2018-ci ilin 4-cü rübündə Azərbaycana göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR