® Səba ASC son 2 ildə toyuq əti istehsalının təkmilləşdirilməsinə 15 milyon manat investisiya qoyub

<font color=red>® </font> <b>Səba ASC son 2 ildə toyuq əti istehsalının təkmilləşdirilməsinə 15 milyon manat investisiya qoyub</b>
# 20 iyul 2016 07:30 (UTC +04:00)

Səba şirkəti damazlıq yumurtanın xaricdən alınmasını daxili istehsalla əvəz etməyə hazırlaşır. Bu, istehsalın xarici valyutadan asılılığını azaltmaq istiqamətində şirkətin atdığı növbəti addım olacaq. Belə ki, bir neçə il əvvəl əkin sahələri salması ilə Səba bu gün quş yemini təşkil edən qarğıdalı, buğda və soyaya olan tələbatının bir hissəsini özü qarşılaya bilir. Qida təhlükəsizliyi baxımından yemin keyfiyyətinə nəzarət etməsi ilə yanaşı, şirkət xarici valyutadan asılılıqdan artan maya dəyərinin əsas hissəsini - yem xərclərini də aşağı salmaq imkanı qazanıb.

Səba istehsalat sahəsində istifadə olunan avadanlıqları ən son texnologiyalara uyğun olaraq dayanmadan təkmilləşdirir. Son 2 il ərzində keyfiyyət və kəmiyyət baxımından toyuq əti istehsalının inkişaf etdirilməsi üçün şirkət 15 mln. manata yaxın dəyərdə yeni avadanlıqlar alıb və istehsal sahələrini genişləndirib. Bu avadanlıqlar sayəsində Səba bazara daha gigiyenik, keyfiyyətli, təbii xüsusiyyətləri qoruna bilən məhsul çıxarır.

Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində investisiya təşviqi sənədini alan ilk şirkətlərdən biri kimi, Səba ASC qarşıdakı 2 ildə istehsalat və emal sahələrini daha da təkmilləşdirəcək. Bu, xüsusilə qablaşdırmada əl əməyinin yüngülləşdirilərək maşın işi ilə əvəzlənməsi, ən müasir kəsim aparatları ilə təchizatda özünü göstərəcək.


Səba şirkəti kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan bir şirkət kimi, əlavə dəyər vergisindən azad olunsa da, təkcə keçən 2 il ərzində dövlət büdcəsinə 5 mln. manata yaxın vergi və sosial ödəniş edib. Orta aylıq əmək haqqı 2012-ci ildə 360 manat təşkil edirdisə, 2015-ci ildə 580 manat təşkil edib.

Bundan başqa, “Təbiətdən mətbəxə” şüarına sadiq qalaraq, əhalini gündəlik təzə ət və süd məhsulları ilə təmin etmək üçün Səba Ət-Süd dükanları əhalinin xidmətinə verilib. Bu dükanlara istehsaldan 6 saat keçməmiş çatdırılan Səba məhsullarını istehlakçılar daha aşağı qiymətə ala bilirlər.
Qeyd edək ki, Səba Azərbaycanın dövlət halal standartına malik yeganə toyuq əti istehsalçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR