Azərbaycan Milli Elmlər Akademiyasında bəzi bölmələr və institutlar birləşdirilib

Azərbaycan Milli Elmlər Akademiyasında bəzi bölmələr və institutlar birləşdirilib
# 29 aprel 2016 14:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişiklikləri edilib.

APA-nın xəbərinə görə, AMEA-nın Aqrar bölməsi tibb və biologiya bölmələri ilə birləşdirilib. Aqrar bölmədə 3 institutun olduğunu xatırladan AMEA prezidenti Akif Əlizadə bildirib ki, həmin bölmədə fəaliyyət göstərən Eroziya və Suvarma İnstitutunun Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilməsi qərara alınıb. Yeni institutun Torpaqşünaslıq və Aqrokimya İnstitutu adı altında fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib.

A. Əlizadə qeyd edib ki, ictimai elmlər bölməsində hüquq sahəsi ilə iki institut - Fəlsəfə və Hüquq İnstitutu və İnsan Hüquqları İnstitutu məşğul olur: “Bu da düzgün hesab olunmur. Buna görə də Fəlsəfə və Hüquq İnstitutunun hüquq hissəsinin İnsan Hüquqları İnstitutuna birləşdirilməsi məqsədəuyğun sayılıb. Bundan sonra Fəlsəfə və Hüquq İnstitutu Fəlsəfə, İnsan Hüquqları İnstitutu isə Hüquq İnstitutu adı alında fəaliyyət göstərəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR