Ötən gün respublikada baş verən yol qəzalarında 7 nəfər ölüb

Ötən gün respublikada baş verən yol qəzalarında 7 nəfər ölüb
# 17 sentyabr 2016 08:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzaları davam edir.

Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Qəzalardan 3-ü Bakı şəhərində baş verib. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR