Bu ilin sonuna qədər Petkimdə inşa edilən külək elektrik stansiyası fəaliyyətə başlayacaq

Bu ilin sonuna qədər Petkimdə inşa edilən külək elektrik stansiyası fəaliyyətə başlayacaq
# 07 yanvar 2016 12:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sonunda SOCAR-ın Türkiyənin Petkim yarımadasında inşa etdiyi külək elektrik stansiyası fəaliyyətə başlayacaq.

Bunu “APA-Economics”ə açıqlamasında “Petkim Petrokimya Holding. A. Ş.”nin ictimaiyyətlə əlaqələr üzrə müdiri Memduh Taşlıcalı bildirib.

Onun sözlərinə görə, bu elektrik stansiyasında ”rüzgar gülü” adlanan 17 ədəd qurğunun tikintisi nəzərdə tutulub: “Hazırda bu layihənin infrastruktur işlərinə başlanılıb. Elektrik stansiyaların hara qurulacağı və qurulacaq yerlərin torpaq işlərinə start verilib”.

O bildirib ki, mart ayından etibarən qalan avadanlıqların yerləşdirilməsinə başlanılacaq: “Düşünürəm ki, bu ilin sonunda stansiyada elektrik enerjisi istehsalı mümkün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR