Bakıda bir nəfər özünü dənizə atıb

Bakıda bir nəfər özünü dənizə atıb
# 16 avqust 2016 13:31 (UTC +04:00)
Bakı – APA. Bakıda Dənizkənarı Milli Park ərazisində bir nəfər intihar etmək məqsədi ilə özünü dənizə atıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km aralıda, nəzarətsiz ərazidə baş verib.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR