Rusiya XİN İŞİD-in İraqda kimyəvi silahdan istifadəsini istisna etmir

Rusiya XİN İŞİD-in İraqda kimyəvi silahdan istifadəsini istisna etmir
# 23 sentyabr 2016 10:47 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Moskva İŞİD terror təşkilatının İraqda amerikalı və iraqlı əsgərlərə qarşı kimyəvi silahdan istifadə etməsini istisna etmir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Mixail Ulyanov bildirib.

”Fikrimcə, bu həqiqətdir. İŞİD-çilər təkcə Suriyada deyil, İraqda da dəfələrlə kimyəvi silahdan istifadə ediblər. Bu, müəyyən edilmiş faktlardır. Bu, onu sübut edir ki, kimyəvi silah terrorçularına qarşı təkcə regional deyil, qlobal səviyyədə təcili tədbirlər görmək lazımdır", - deyə Rusiya XİN rəsmisi söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR