İstanbulda partlayışda ölənlərin sayı artıb

İstanbulda partlayışda ölənlərin sayı artıb
# 07 iyun 2016 14:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə zamanı yaralanaraq, xəstəxanaya aparılan mülki şəxs Əhməd Bayraqdarın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Bu gün səhər saatlarında Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib. Sonra ikinci partlayış törədilib. Hadisə nəticəsində 11 nəfər - 7 polis əməkdaşı, 4 mülki şəxs ölüb. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3-nün vəziyyəti ağır olub. Ölən Əhməd Bayraqdar vəziyyəti ağır olanlardan biridir.

Partlayışda yaralananlardan birinin Azərbaycan vətəndaşı olduğu bildirilir.

Hadisəni PKK terror təşkilatının törətdiyi ehtimal olunur.

Qeyd edək ki, məlumatların yayılması ilə bağlı artıq mətbuata qadağa qoyulub. Media yalnız rəsmi məlumatları yaya bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR