Azərbaycan prezidenti kamerunlu həmkarını təbrik edib

Azərbaycan prezidenti kamerunlu həmkarını təbrik edib
# 19 may 2016 16:50 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev kamerunlu həmkarı Pol Biyanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Kamerun Respublikasının milli bayramı münasibətilə sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamerun xalqına sülh və tərəqqi arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR