Səfir: "Bu gün İran-Azərbaycan əlaqələri heç vaxt olmadığı qədər yaxın və səmimidir"

Səfir: "Bu gün İran-Azərbaycan əlaqələri heç vaxt olmadığı qədər yaxın və səmimidir"
# 28 iyul 2016 16:27 (UTC +04:00)

Bakı - APA. "Nüvə anlaşmasından sonrakı dövrdə bizim prioritetimiz qonşularla əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsidir. İranla Azərbaycan regionda təhlükəsizlik və sabitliyə yanaşmada eyni mövqedən çıxış edir. Biz regionda ikitərəfli və çoxtərəfli əməkdaşlığı zəruri sayırıq və bunun sülh, dostluq və əmin-amanlığın güclənməsinə xidmət edəcəyinə inanırıq".

APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İRNA agentliyinə müsahibəsində deyib.


O qeyd edib ki, ölkəsi Azərbaycanla əməkdaşlığın hərtərəfli inkişafı və münasibətlərin möhkəmləndirilməsinə limit qoyulmasına lüzum görmür.


"Bu gün ölkələrimiz arasında əlaqələr heç vaxt olmadığı qədər yaxın və səmimidir. Əlaqələrin və əməkdaşlığın inkişafı yolunda heç bir maneə yoxdur və demək olar ki, Tehran-Bakı əlaqələri strateji əlaqələr sayılır. Birgə əməkdaşlığı daha da gücləndirmək üçün embarqoların ləğvindən sonrakı şəraitdən yararlanmaq zəruridir. Qeyri-neft məhsullarının ticarət dövriyyəsinin artırılması, Azərbaycan təbii qazının svop yolu ilə mübadiləsinin davam etdirilməsi, Rəşt-Astara dəmir yolu xəttinin inşasının yekunlaşdırılması, Xəzər dənizində neft və qaz sahəsinə qoyulan birgə investisiyaların artırılması və viza rejiminin sadələşdirilməsi ilə turizmin gücləndirilməsi iki ölkənin prioritetləri sırasındadır", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR