“Günəşli” yatağındakı qəza nəticəsində ölən neftçi dəfn olunub

“Günəşli” yatağındakı qəza nəticəsində ölən neftçi dəfn olunub
# 08 aprel 2016 13:20 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində ölən daha bir neftçi dəfn olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Xudat şəhər sakini Rzaxanov Edik Rivazin oğlu Xudat şəhərində torpağa tapşırılıb. Dəfn mərasimində SOCAR-ın, rayon İcra Hakimiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.

E. Rzaxanov “28 May” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri vəzifəsində çalışıb. O, keçən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdən idi. Onun cəsədi aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR