ABŞ Ukraynaya təhlükəsizlik sahəsinin islahatlaşdırılması üçün 335 mln dollar ayıracaq

ABŞ Ukraynaya təhlükəsizlik sahəsinin islahatlaşdırılması üçün  335 mln dollar ayıracaq
# 01 aprel 2016 03:28 (UTC +04:00)

Bakı-APA. ABŞ Ukraynaya Silahlı Qüvvələri, Milli Qvardiya və Dövlət Sərhəd Xidməti daxil olmaqla təhlükəsizlik sahəsinin islahatlaşdırılması üçün əlavə 335 mln dollar ayıracaq. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-ın vitse-prezidenti Co Baydenlə keçirdiyi danışıqların yekunlarına dair “Feysbuk” səhifəsində yazıb.

O həmçinin Ukraynaya hərtərəfli dəstək göstərdiklərinə görə Baydenə və ABŞ-ın dövlət katibi Con Kerriyə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR