Bakıda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı keçiriləcək şouya konsert proqramı daxil edilməyib

Bakıda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı keçiriləcək şouya konsert proqramı daxil edilməyib
# 12 may 2016 13:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 1 il qalması ilə əlaqədar bu gün keçiriləcək geriyə sayım şousuna konsert proqramı daxil edilməyib”.

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri, Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsinin (AİSGOC) baş icraçı direktoru Azad Rəhimov deyib. Nazir xatırladıb ki, aprel ayının əvvəllərində qoşunların təmas xəttində baş verən döyüşlərdə hərbçilərimiz şəhid olub.

“Başa düşürük ki, aprel ayının əvvəllərində cəbhədə nə olub. Ailələrimiz şəhid verib. Şou deyiləndə biz konsert proqramını nəzərdə tutmamışıq” - deyə, nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR