Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb

Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb
# 09 iyun 2016 12:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 4 fakt üzrə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin və realizə edilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, idarəyə daxil olan əməliyyat məlumatına əsasən “Samur” gömrük postuna Rusiya istiqamətindən daxil olan minik avtomobilinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin təkərlərinin içərisində gömrük nəzarətindən gizlədilən 18 400 ədəd siqaret aşkar olunub.

Kinoloji itin tətbiqi ilə baxış keçirilən nəqliyyat vasitəsindən isə 8 400 ədəd siqaret aşkar edilib.

Daxil olan digər bir əməliyyat məlumatı əsasında “Samur” gömrük postunun qarşısında dayanan nəqliyyat vasitəsində yoxlama aparılıb və məlumat təsdiqini tapıb. Avtomobildən 9400 ədəd siqaret aşkar edilib.

Xaçmaz şəhərində həyata keçirilən əməliyyat nəticəsində isə Azərbaycan vətəndaşından 32 200 ədəd siqaret aşkar edilərək götürülüb.

Butun faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR