Adı deputatın oğlu ilə işbirliyində hallanan şəxs İnterpol xətti ilə axtarışa verilib

Adı deputatın oğlu ilə işbirliyində hallanan şəxs İnterpol xətti ilə axtarışa verilib
# 20 aprel 2016 13:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda dələduzluqda təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib.

APA-nın məlumatına görə, 1984-cü il təvəllüdlü Elnur İbrahimov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, E. İbrahimov deputat Elmira Axundovanın oğlu Həbib Axundovun şəriki olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR