Tovuzda iki ev yanıb, ev sahibinin cəsədi asılmış vəziyyətdə tapılıb

Tovuzda iki ev yanıb, ev sahibinin cəsədi asılmış vəziyyətdə tapılıb
# 23 iyul 2016 18:18 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda iki evdə yanğın olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisələr rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Yanğınlardan biri şəhər sakini Vidadi Allahverdiyevə məxsus evdə baş verib. Hadisə yerinə gələn 3 yanğınsöndürmə avtomobili və canlı qüvvənin səyi nəticəsində alov söndürülüb.

Qeyd edək ki, evin həyətində ev sahibi 1959-cü il təvəllüdlü Vidadi Allahverdiyevin asılmış meyiti aşkarlanıb.

Yanğın iki mərtəbəli 6 otaqlı evin 80 kvadratmetr sahəsini yararsız hala salıb.

Başqa bir yanğın hadisəsi isə Qovlar şəhərində Xəqani Əsgərovun mənzilində aşkar olunub. Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb edilib. Evin 40 kvadratmetr sahəsi yanaraq sıradan çıxıb.

Qeyd edək ki, X. Əsgərov DYP-nin Tovuz rayonunda yerləşən 10 saylı Rayonlararası Qeydiyyat və İmtahan Şöbəsinin rəisidir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR