Azərbaycanın magistral neft və qaz kəmərləri ilə nəqletmə azalıb

Azərbaycanın magistral neft və qaz kəmərləri ilə nəqletmə azalıb
# 13 avqust 2016 08:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 26 400 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 4% azdır.

Nəqletmənin 78%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 20 596,4 min ton neft ötürülüb. Dövr ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 2,8 mln. ton tranzit nefti də nəql edilib ki, bu da daha əvvəlki ilin yeddi ayı ilə müqayisədə 24,32% azdır.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 12 036,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,5% azalma müşahidə olunub.

Qazın nəqlinin 34,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4 157,5 mln. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR