Fərid Hüseynov: "Son 3 ayda manatın məzənnəsi sabit idi"

Fərid Hüseynov: "Son 3 ayda manatın məzənnəsi sabit idi"
# 24 iyun 2016 09:20 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Son 3 ayda manatın məzənnəsi sabit idi. Hal-hazırda məzənnə tələb-təklif əsasında formalaşır”.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən VII Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) “Kapital Bank”ın İdarə Heyətinin sədr müavini Fərid Hüseynov deyib.

Onun sözlərinə görə, devalvasiya nəticəsində manat dəyərdən düşüb. “Əmanətlər üzrə dollarlaşma artıb. Buna baxmayaraq, sənaye daha stabil istiqamətdə davam etməyə başlayıb”, - deyə F. Hüseynov qeyd edib.

F. Hüseynov “Kapital Bank” haqqında ümumi məlumatlar da verib: “Bankın ümumi aktivləri 2,3 milyard manat, ümumi kapitalı isə 247 milyon manat təşkil edir. Hal-hazırda ”Kapital Bank” 2,7 milyon müştəri bazasına malikdir. Ölkə daxilində 90 filialımız var. "Kapital Bank" ölkənin bütün regionlarında təmsil olunan bankdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR