Ekologiya və təbii sərvətlər naziri Mingəçevir şəhərində vətəndaşlarla görüşəcək

Ekologiya və təbii sərvətlər naziri Mingəçevir şəhərində vətəndaşlarla görüşəcək
# 14 dekabr 2015 09:56 (UTC +04:00)

Bakı-APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dekabrın 23-də saat 10:00-da Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Mingəçevir, Ağdaş, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün “[email protected]” və “[email protected]” elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Mingəçevir şəhəri 8 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR