Azərbaycan millisi Ukraynaya məğlub olub

Azərbaycan millisi Ukraynaya məğlub olub
# 03 mart 2016 14:53 (UTC +04:00)

Bakı – APA. Avropa çempionatının bu il Bakıda keçiriləcək final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Bakıda təlim-məşq toplanışında olan Ukrayna komandası ilə 2-ci qarşılaşmasına çıxıb.

İki gün əvvəl 0:2 hesabı ilə uduzan futbolçularımız yenə meydanı məğlub tərk ediblər. Belə ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada millimiz 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Təbriz Həsənovun yetirmələri ötən ay Rusiya ilə də iki yoxlama matçı keçirmişdi. Bakı Olimpiya Stadionundakı qarşılaşmalardan birincisində 1:5 hesabı ilə məğlub olan millimiz ikinci matçda qalib gəlmişdi – 1:0.

Yoxlama oyunu

3 mart

Azərbaycan (U-17) – Ukrayna (U-17) - 0:1

Qol: Denis Yanakov, 22

Bakı Olimpiya Stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR