Tovuzda ana və övladı doğuş zamanı ölüb

Tovuzda ana və övladı doğuş zamanı ölüb
# 09 yanvar 2016 13:33 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuzda ana və övladı doğuş zamanı ölüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini 21 yaşlı Lalə Abbasova 3 gün əvvəl doğuş üçün Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən ananın övladı ölü doğulub. Əməliyyatdan 3 gün sonra isə ana dünyasını dəyişib.

L. Abbasova sonuncu doğuşa kimi 2 qız övladı dünyaya gətirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR