Bakıda saxta pul satan şəxs saxlanılıb

Bakıda saxta pul satan şəxs saxlanılıb
# 20 yanvar 2016 11:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda saxta pul satan şəxs tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 19-da Biləcəri qəsəbə sakini Şahbaz Qurbanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona 23000 rubl saxta əskinas satdığını bildirib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Qasımov saxlanılıb, ondan 5000 rubl saxta əskinas götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR