"Nar" və "World Telecom" yeni kampaniyaya start verir

"Nar" və "World Telecom" yeni kampaniyaya start verir
# 14 aprel 2016 11:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Nar" və "World Telecom" mağazalar şəbəkəsi yeni kampaniyaya start veriblər.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, artıq hər kəs cəmi 20 manat ilkin ödəniş etməklə yeni “Huawei Ascend Y220” smartfonu əldə edə bilər. Kampaniyaya əsasən, ilkin ödəniş etmiş müştərilər 10 ay müddətində ayda cəmi 10 manat ödəməli olacaqlar.

Kampaniya 31 may 2016-cı il tarixinədək qüvvədə olacaq. Smartfonu əldə etmiş hər bir alıcıya 100 manat bonuslu “Nar” nömrəsi təqdim olunacaq. 6 ay müddətində təqdim ediləcək bonuslar aylıq 16,66 manat şəbəkədaxili danışıq və 100 Mb internet trafiki təşkil edəcək. Bonuslar səsli zənglərin hesablandığı “0” tarifi daxilində aktivdir. Bonusların aktiv olması üçün balans hər ay ən az bir dəfəyə 5 manat artırılmalıdır. Qeydiyyatdan asılı olmayaraq, kampaniyadan bütün vətəndaşlar yararlana biləcəklər.

Kampaniya barədə əlavə məlumatı www.nar.az saytından əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR