"Azərcell" 55 məkanda qiymətləri 50%-dək endirib

"Azərcell" 55 məkanda qiymətləri 50%-dək endirib
# 07 mart 2016 14:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Econmics. “Azercell”in populyar “Gənc OL” tarif paketində sərfəli endirimlər və kampaniyalar davam edir/

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, indi “Gənc OL” tarif paketinə qoşulan abunəçilər daha 21 məkanda (restoranlar, mağazalar, fitnes, təhsil, əyləncə mərkəzləri və s.) 50%-ə qədər müxtəlif endirimlərdən yararlanmaq imkanı qazanırlar. Bununla da, “Gənc OL” tarif paketi ilə müştərilər artıq 55 məkanda 50%-ə qədər endirim imkanı qazanıb.

Ümumilikdə isə, abunəçilər 55 fərqli məkanda müxtəlif endirimlərdən istifadə edə bilərlər. “Gənc OL” tarif paketində olan bütün endirimlər barədə daha ətraflı http://www.gencol.az/az/teklifler linki vasitəsilə tanış olmaq olar.

Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nömrəsinə SMS göndərə, və ya www.gencol.az portalına daxil olub, orda qeydiyyatdan keçməlidir. Qeyd edək ki, bütün “Azercell” abunəçiləri “Genc OL” portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər.

“Azercell”in qeyd olunan paketinə qoşulmaq üçün isə “SimSim” abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. “Gənc OL” tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 manat ödəyib “GəncOL5” tarif paketinə qoşulmaqla hər kəs “Gənc OL” abunəçiləri arasında hər ay 2GB internet, 200 dəqiqə, 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra “Gənc OL” abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abunəçilərlə ölkə daxili 5 qəpiyə danışacaqlar. “Gənc OL 8” paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB Mobil İnternet, 400 dəqiqə tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.

Qeyd edək ki, “Genc OL” endirimlərinin sayı artmaqda davam edir.

Beləliklə, Sən də Gənc OL, Sərfəli Tarifdən Yararlan!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR