Elmar Qasımov Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib

Elmar Qasımov Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
# 25 fevral 2016 09:04 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İstanbul şəhərində Avrasiya Universitetlər Birliyi tərəfindən keçirilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib.

BANM-dən APA-ya bildirilib ki, E. Qasımov sözügedən Sammitin Türk dünyasında ali təhsil müəssisələrinin beynəlmiləlləşdirilməsi adlı panelində “Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. O, səfər çərçivəsində bir sıra mühüm görüşlər də keçirib.

Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti və İstanbul Aydın Universitetinin rektoru, Dr. Mustafa Aydınla görüşündə rektor E. Qasımov EURAS çərçivəsində ali təhsil müəssisələri ilə tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində ətraflı müzakirələr aparıb.

Xatırladaq ki, Avrasiya Universitetlər Birliyi tərəfindən keçirilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitinin məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Sakit Okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR