Ombudsmanın hesabatı Milli Məclisin bugünkü iclasının gündəliyindən çıxarılıb

Ombudsmanın hesabatı Milli Məclisin bugünkü iclasının gündəliyindən çıxarılıb
# 04 mart 2016 09:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2015-ci il üzrə illik hesabatı Milli Məclisin (MM) bugünkü iclasının gündəliyindən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə MM-in bu gün keçirilən iclasında bildirilib.

Hesabatın parlamentin aprel ayında keçiriləcək ilk plenar iclasda müzakirə çıxarılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR