Abşeronda “QAZel” markalı yük avtomobili yanıb

Abşeronda “QAZel” markalı yük avtomobili yanıb
# 21 sentyabr 2016 06:55 (UTC +04:00)

Bakı-APA. Bu gecə Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus “QAZel” markalı yük avtomobilinin kabinə hissəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR