TANAP-ın tikintisində iştirak edən işçilərdən biri bədbəxt hadisə nəticəsində ölüb

TANAP-ın tikintisində iştirak edən işçilərdən biri bədbəxt hadisə nəticəsində ölüb
# 18 mart 2016 07:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Trans-Anadolu boru kəmərinin (TANAP) Türkiyə ərazisindən keçən hissəsində ölümlə nəticələnən qeyri-adi bədbəxt hadisə baş verib.

"APA-Economics" "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, qəzaya TANAP-ın Ərzurumdakı tikinti sahəsində istifadə olunan ağır texnikanın təkərinin partlaması səbəb olub. Belə ki, partlama nəticəsində təkərin dəmir detallarından biri tikintidə iştirak edən 24 yaşlı Əhməd Yavuz və Ömər Taşçı adlı işçilərə çırpılıb. Nəticədə Ə. Yavuz elə hadisə yerindəcə həyatını itirib, Ö. Taşçı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR