Azərbaycan vətəndaşı Rusiyada "donuz qrip"indən ölüb

Azərbaycan vətəndaşı Rusiyada "donuz qrip"indən ölüb
# 26 yanvar 2016 06:49 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Yamalo-Nenetsk Muxtar Vilayətinin Noyabrsk şəhərində pandemiya halı almış qrip virusu Azərbaycan vətəndaşının ölümünə səbəb olub.

APA-nın “Sever-Press” saytına istinadən verdiyi məlumata görə, Rusiya İstehlakçıların hüquqlarının müdafiəsinə nəzarət federal xidmətindən (Rospotrebnadzor) bildiriblər ki, 53 yaşlı azərbaycanlının ölümünə səbəb 7 gün ərzində evdə müalicə alması və xəstəxanaya gec müraciət etməsidir. Onun А/H1N1 ("donuz qripi") virusundan öldüyü ehtimal edilir.

Xatırladaq, ötən ilin noyabrında da vilayətin Yeni Urenqoy şəhərində А/H1N1 ("donuz qripi") virusundan ölüm faktı qeydə alınıb.

Son 1 həftədə isə şəhərdə kəskin respirator virus infeksiyası səbəbi ilə xəstəxanalara müraciət edənlərin sayı artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR