Köməkçisi Roqozinin özünü güllələməsi barədə məlumatlara münasibət bildirib - YENİLƏNİB

Köməkçisi Roqozinin özünü güllələməsi barədə məlumatlara münasibət bildirib  - <span style="color: red;">YENİLƏNİB
# 29 dekabr 2015 12:07 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Nikita Anisimov bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Baş nazirin müavini hazırda işdədir və bu gün “Şərq” kosmodromu ilə bağlı iclas da keçirib. O həqiqətən bir neçə gün əvvəl həndbol oynayarkən yüngül zədə alıb və bir neçə gün xəstəxanada müalicə alıb. Lakin bunun bu gün yayılan xəbərlə bağlı heç bir bağlılığı yoxdur”.

*** 14.30

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya baş nazirinin müavini Dmitri Roqozin tir atışı zamanı təsadüfən öz ayağına atəş açıb.

APA-nın “Interfax”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat verən mənbə bununla D.Roqozinin ötən həftə prezidentin hökumət üzvləri ilə keçirilən görüşünə və Nazirlər Kabinetinin dekabrın 28-də baş tutan iclasına qatılmamasına aydınlıq gətirib. Hadisə təlim atışı zamanı baş verib.

Bildirilir ki, məmur hazırda Moskva xəstəxanalarından birindədir və həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, Dmitri Roqozin dekabrın 20-də tirdə atışda iştirak etməsi barədə sosial şəbəkədə video da paylaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR