Vitse-prezident: "İndoneziya Azərbaycanla İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılmasında maraqlıdır"

Vitse-prezident: "İndoneziya Azərbaycanla İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılmasında maraqlıdır"
# 07 mart 2016 09:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İndoneziya Azərbaycanla İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılmasında maraqlıdır.

"APA-Economics" İndoneziya mətbuatına istinadən xəbər verir ki, bu barədə bu ölkənin vitse-prezidenti Məhəmməd Yusuif Kalla Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyevlə görüşü zamanı bildirib.

"Bu komissiyanın yaradılması ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına böyük təkan verəcək. Biz Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa da böyük önəm veririk", - deyə o qeyd edib.

Vitse-prezident azərbaycanlı iş adamlarını İndoneziyaya investisiya yatırmağa da dəvət edib.

"Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsi 2015-ci ildə 1,764 mlrd. dollar səviyyəsində olub. Halbuki, 2014-cü ildə bu göstərici 2,426 mlrd. dollar idi", - deyə vitse-prezident əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR