Oqtay Əsədov Moskvada İran parlamentinin sədri ilə görüşüb

Oqtay Əsədov Moskvada İran parlamentinin sədri ilə görüşüb
# 19 aprel 2016 15:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla və İran parlamentinin sədri Əli Laricani arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Avrasiya ölkələri parlament spikerlərinin birinci toplantısı çərçivəsində keçirilən görüşdə Azərbaycan və İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan O. Əsədov bütün sahələrdə əməkdaşlığın sürətlə inkişafı üçün yaxşı perspektivlərin olduğunu bildirib. O, iranlı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağda münaqişəsi barədə məlumat verib: "Ermənistan tərəfi hər gün atəşkəsi pozaraq Azərbaycan kəndlərinin dinc əhalisini atəşə tutur. Beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb".

Təmas xəttində son hadisələrdən danışan Oqtay Əsədov xüsusi vurğulayıb ki, Azərbaycan Ordusu Ermənistan tərəfinin təcavüzünə layiqli cavab verib və bir neçə strateji yüksəkliyi geri qaytarıb: "Beynəlxalq vasitəçilərin, ilk növbədə Rusiya tərəfinin təklifi ilə hərbi əməliyyatlar dayandırılıb və münaqişənin dinc yolla həlli üçün danışıqlar aparılır".


İran parlamentinin sədri bildirib ki, ticari-iqtisadi münasibətlərin, banklararası əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmin yaranıb. Ə. Laricani Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar İran hakimiyyətinin narahatlığını da ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR